Şəhid polislər dəfn edildi – FOTOLAR (YENİLƏNİR)
Bizi izləyin

Nida.az

Şəhid polislər dəfn edildi – FOTOLAR (YENİLƏNİR)

Bu dəqiqələrdə Bakıdakı II Fəxri Xiyabanda dünən Nardaranda radikal dindarlarla toqquşmada qəhrəmancasına şəhid olan polis mayoru Vüqar Nəsibovun və İsmayıl Tağıyevin dəfn mərasimi keçirilir.

Dəfn mərasiminə çoxlu sayda mülki və polis formasında hüquq-mühafizə orqanlarının əməkdaşları qatılıb. Ərazidə güclü polis nəzarəti var.

Müxbirlər bildirirlər ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin Əsgərov və Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov da dəfn mərasimində iştirak edirlər.

Daxili işlər naziri Ramil Usubovun da dəfndə iştirakı gözlənilir.

***

Şəhid olmuş polis əməkdaşlarının ölümündən sonra mükafatlandırılması gözlənilir. Belə ki, DİN əməkdaşları onların yaxınlarına təqdim ediləcək “İgidliyə görə” medallarını da Fəxri Xiyabana gətiriblər.

DİN rəhbərliyinə daxil olan şəxslər, o cümlədən generallar Yaşar Əliyev, Həzi Aslanov, Ramiz Zeynalov, Mirqafar Seyidov, Səhlab Bağırov, habelə baş prokurorun I müavini Rüstəm Usubov və digərləri mərasimdə iştirak edir.

Daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev, müdafiə naziri Zakir Həsənov da dəfn mərasiminə qatılıb şəhid polisləri son mənzilə yola salmaq üçün bu dəqiqələrdə II Fəxri Xiyabana gəliblər. (Virtualaz.org)

***

Nardaranda şəhid olan polislər II Fəxri xiyabanda dəfn olunub. Qəhrəmancasına həlak olmuş polsilərin dəfn mərasimində Azərbaycan Dövlətinin himni səsləndirilib, üç dəfə yaylım atəşi açılıb.

***

Prezident İlham Əliyev Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda atışma zamanı həlak olan iki polis əməkdaşını medalla təltif edib. Bu barədə jurnalistlərə DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm