Nida.az
Türkiyə Rusiyaya qarşı Qarabağdan cəbhə açdı - “Kommersant”
“Türkiyə Rusiyaya qarşı Qarabağ cəbhəsindən hücum etmək niyyətindədir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
“Kommersant” nəşrinin məqaləsində deyilir.
Nəşr yazır ki, Moskva və Ankara arasında münaqişə gözlənilməz
dalana girdi: “Ankara Rusiyanın Türkiyə iqtisadiyyatına sanksiyalar
qoymaq niyyətinə və onun imicinə zərbə vurmasına sərt reaksiya
verdi. Misal üçün, Rusiya 1915-ci ildə Türkiyədə baş vermiş
hadisələrin “erməni soyqırımı” olduğunu inkar edənlərin qanunla
cəzalandırılması kimi məsələləri gündəmə gətirdi. 2015-ci ilin
aprel ayında Vladimir Putin “erməni məsələsi”nin 100 illiyi
münasibətilə İrəvana getməsindən sonra bu istiqamətdə Ankara-Moskva
münasibətlərində çat yaranmışdı. İndi eyni vəziyyət yenidən
təkrarlandı. Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşü ləğv
olundu”.
Nəşr qeyd edir ki, bu fonda Çavuşoğlunun Bakıya gəlməsi və
Azərbaycan rəhbərliyi ilə danışıqlar aparması diqqət çəkir.
“Bu görüş haqda ilk ehtimalları Əhməd Davudoğlunun bəyanatında
görmək mümkündür. “Türkiyə Azərbaycanın işğal edilmiş ərazilərinin
azad olunması üçün bacardığı hər şeyi edəcək” deməklə o, faktiki
olaraq Rusiya ilə mübarizənin yeni cəbhəsini Qarabağdan açdı.
Davudoğlu qeyd etdi ki, Ankaranın niyyəti Dağlıq Qarabağ
münaqişəsinin nizama salınmasında iştirak etməkdir”, - deyə
“Kommersant” vurğulayır.
Asif Nərimanlı
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı