Komitə sədri: “Nardaran hadisəsinin məsuliyyətini Tale Bağırzadə və dəstəsi daşıyır”
Bizi izləyin

Digər

Komitə sədri: “Nardaran hadisəsinin məsuliyyətini Tale Bağırzadə və dəstəsi daşıyır”

“Nardarandakı hadisə bir qrup şəxsin silahlı dəstələr yaradaraq dövlətə qarşı çıxmaq cəhdlərinin nəticəsidir”.

Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, dövlətə qarşı silah tuşlayan bu şəxslər müəyyən xarici qüvvələrə bağlıdırlar: “Onlar Nardaran qəsəbəsinin sakinləri olmadığı halda, burada təşkilatlanaraq insanların dini heysiyyatlarından öz məqsədləri üçün istifadə etməyə çalışıblar. Sonrakı proseslər göstərdi ki, Nardaran sakinlərinin əksəriyyəti bu şəxslərin fikirlərini bölüşmürlər. Belə görünür ki, bir qrup silahlı dəstə yaradaraq əvvəldən planlar qurub və polisə qarşı bilərəkdən silahlı müqavimət göstəriblər. Nəticədə iki polisimiz qəhrəmancasına həlak oldu və baş verən hadisənin məsuliyyəti bunu törədən Tale Bağırzadə və dəstəsinin üzərinə düşür”.

Komitə sədri qeyd edib ki, hüquq-mühafizə orqanları baş verən hadisələrlə bağlı ciddi ölçülər götürməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm