Goranboyda dəhşətli qəza: 4 ölü, 4 yaralı - FOTO
Bizi izləyin

Hadisə

Goranboyda dəhşətli qəza: 4 ölü, 4 yaralı - FOTO

Goranboy rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

TTV (Region TV) xəbər verir ki, hadisə Goranboy-Borsunlu yolunun 2-ci kilometrliyində qeydə alınıb və iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Nəticədə 4 nəfər həlak olub. Onlar Ələsgər Ələsgərov, Nofəl İsmayılov, Səday İsmayılov və Yaşar Rzayevdir.

Yaralılar rayonun Qaraçinar kənd sakini,34 yaşlı Xəqani Rzayev, Qızılhacılı kənd sakini, 35 yaşlı Elman Həsənov, Yenikənd kənd sakini, 25 yaşlı Nəriman Rzayev və Veyisli kənd sakini, 38 yaşlı Bəxtiyar Əhmədov ağır bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm