Aydın Mirzəzadə: “Tale Bağırzadə və dəstəsi polisə silah tuşlamaqla...”
Bizi izləyin

Nida.az

Aydın Mirzəzadə: “Tale Bağırzadə və dəstəsi polisə silah tuşlamaqla...”

“Tale Bağırzadə və tərəfdarlarının davranışları silahlı qruplaşma yaradaraq dövlət çevrilişi etmək niyyətlərindən xəbər verir”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.


Onun sözlərinə görə, Nardaran əhalisinə aidiyyəti olmayan bir qrup şəxs həmin kənddə məskən salaraq insanların dini əhvali-ruhiyyəsi ilə oynamağa çalışıblar: “Onların polisə silahlı müqavimət göstərməsi də sübut edir ki, bu qrup qeyri-qanuni silahlı dəstə yaradaraq dövlət çevrilişi etmək istəyib”.


A. Mirzəzadə bildirib ki, bu qrupun qeyri-qanuni çağırışları, zorakılığa təhrik əməlləri əvvəllər də az olmayıb: “Son dövrlər isə sosial şəbəkələrdə, eyni zamanda, toplaşdıqları məsciddə hakimiyyətə qarşı silahlı müqavimətlə bağlı çağırışlar olurdu. Dünənki hadisə bir daha göstərdi ki, xaricdən maliyyələşən, təlimatlar alan radikal qruplar Azərbaycanda stabilliyi pozmağa, gərginlik yaratmağa çalışırlar. Lakin xaricdəki anti-Azərbaycan mərkəzlərinə bir daha aid oldu ki, Azərbaycanda heç bir halda silahla dövlətə qarşı çıxmaq cəhdləri baş tutmayacaq. Bu qrupların sosial bazası da sıfıra bərabərdir”.


A. Mirzəzadə Tale Bağırzadə və dəstəsinin polisə silah tuşlamaqla özlərinin iç üzlərini açdığını da qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm