Prezident Nardaran hadisələrində şəhid olan polisləri təltif etdi
Bizi izləyin

Nida.az

Prezident Nardaran hadisələrində şəhid olan polisləri təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilmişdir. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər:

polis serjantı Vüqar Əyyub oğlu Nəsibova (ölümündən sonra)

polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevə (ölümündən sonra).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm