"Kaspi" Təhsil Mərkəzi qalibləri mükafatlandırdı - FOTO
Bizi izləyin

Qırmızı.az

"Kaspi" Təhsil Mərkəzi qalibləri mükafatlandırdı - FOTO

"Kaspi" Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin birgə layihəsi “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirdə “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomu və kitabı da təqdim olunub.

Teleqraf.com-un məlumatına görə, ilk olaraq Hüseyn Cavidlə bağlı hazırlanmış film nümayiş etdirilib. Daha sonra qeyd edilib ki, ötən ilin yay aylarında başlanan müsabiqəyə indiyədək 100-ə yaxın yazı təqdim edilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Hüseyn Cavid Azərbaycanda ədəbiyyatında romantizmin banilərindən biridir:"Şekspir İngiltərə əsəbiyyatına nə veribsə, Hüseyn Cavid də Azərbaycan ədəbiyyatına onu verib. O tək Azərbaycan ədəbiiyatına deyil, eləcə də Türk dünyası ədəbiyyatına töhfə verib. Ədibin əsərləri "Kaspi" təhsil mərkəzi tərəfindən yenidən nəşr edilib".

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev müsabiqə haqqında məlumat verib. Onun sözlərinə görə, müsabiqəyə maraq çox olduğu üçün müddəti uzadılıb. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli H.Cavidin həyat və yaradıcılığı barədə geniş məlumat verib.

O qeyd edib ki, 2013-cü ildə Hüseyn Cavidin əsərləri "Kaspi" Təhsil Mərkəzi tərəfindən Ankarada böyük tirajla nəşr olunub və çox maraqla qarşılanıb.

Filoloq Kamran Əliyev deyib ki, "Kaspi" Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva Hüseyn Cavid yaradıcılığı ilə bağlı araşdırmaların yeni bir mərhələsini başladıb. Onun sözlərinə görə, bu yeni mərhələ ona gətirib çıxaracaq ki, o həm də Cavid irsinin davamçısı olacaq.

Yazıçı Azər Turan "Kaspi" Təhsil Mərkəzinə və onun rəhbəri Sona Vəliyeva təşəkkür edərək deyib ki, məhz onun sayəsində Hüseyn Cavid yaradıcılığına yeni yanaşmanın əsasını qoyub. Tədbirdə İTV yayım şurasının sədri Cahangir Məmmədli, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli də çıxış ediblər. Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm