“Qarabağ”ın qrupdan çıxması üçün 2 yol
Bizi izləyin

İdman

“Qarabağ”ın qrupdan çıxması üçün 2 yol

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” öz meydanında “Tottenhem”lə qarşılaşdı və rəqibinə bir qolla məğlub oldu. Bu məğlubiyyətə rəğmən, “Qarabağ”ın qrupdan çıxmaq şansı var. Belə ki, bunun üçün gərək Ağdam klubu Belçikada “Anderlext”i məğlub etsin və...

1. Əgər Ağdam klubu səfərdə qələbə qazansa və Londonda «Tottenhem» «Monako»nu məğlub etsə o zaman «Monako» 6 xalda qalır. «Anderlext» və «Qarabağ»ın isə 7 xalı olur. Şəxsi görüşlərdəki üstünlüyə görə Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrupdan çıxa bilər.

2. Və ya İngiltərədə heç-heçə olsa belə, 3 komanda arasındakı xallar hesablanır. Burada isə «Qarabağ» «Anderlext»dən 6, «Monako»dan 1 xal almış olur. Bu nəticə ilə yenə «Qarabağ» qrupdan çıxır. Çünki «Qarabağ» «Anderlext»dən 6, «Monako»dan 1 xal alır, olur 7 xal. «Monako» «Anderlext»dən 1, «Qarabağ»dan 4 xal alır, olur — 5 xal. «Anderlext» isə «Qarabağ»dan xal ala bilmir, «Monako»dan 4 xal alır. Bu da olur — 4 xal.

3. Əgər «Qarabağ» Belçikada qalib gəlməsə, o zaman qrupdan çıxmaq şansı bitir.

Qeyd edək ki, sonuncu turun oyunları dekabrın 10-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm