Ev şəraitində özünüzü müalicə edin!
Bizi izləyin

Sağlamlıq

Ev şəraitində özünüzü müalicə edin!

Çinlilər qədim zamanlardan bəri bədənin bəzi xüsusi nöqtələrinə toxunmaqla müəyyən problemlərin aradan qaldırıla biləcəyinə inanıblar. Ona görə də, onlarda xüsusi müalicə növü olan “akupunktur”, yəni iynəbatırma geniş yayılıb.

Çinlilər qulaqdakı “Shen men”, yəni “Cənnətin qapısı” adlandırılan nöqtənin sağlamlıq üçün çox əhəmiyyətli olduğuna inanırlar. Çünki bu nöqtəyə iynə batırmaqla stressin aradan qaldırıldığına inanırlar. Stressin bir çox xəstəliyin əsas səbəbi olduğunu nəzərə alsaq, “cənnətin qapısı”nın önəmini daha yaxşı başa düşərik.

Publika.az ev şəraitində akupunkturdan faydalanmaq üsulunu təqdim edir:

Qulaqdakı bu bölgəyə iynə batırdıqda bədən enerji ilə dolur. Stress aradan qalxır, orqanizm güclənir. Bəzi mütəxəssislər bu nöqtəyə tətbiq edilən akupunktur sayəsində asılılıqlardan, pis vərdişlərdən qurtulmağın mümkün olduğunu bildirirlər.

Əgər bu müalicə növü sizə qorxulu gəlirsə, ev şəraitində qulaq çubuğu ilə həmin nöqtəyə təzyiq göstərərək oxşar nəticə əldə edə bilərsiniz. Qulaq çubuğu ilə həmin bölgəni masaj edin, həmin anda dərindən nəfəs alıb-verin. Nəfəs alarkən sola, nəfəs verərkən isə sağa doğru baxın.

Bu müalicə üsulunu həftədə bir dəfə tətbiq edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm