Rusiya səfirliyi vuruldu – minaatanlarla ATƏŞ
Bizi izləyin

Dünya

Rusiya səfirliyi vuruldu – minaatanlarla ATƏŞ

Rusiyanın Suriyadakı səfirliyinin ərazisi minaatanlardan atəşə tutulub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Valid əl-Muallemlə görüşdə bildirib.

Lavrov hadisəni “aşkar terror aktı” kimi qiymətləndirib.

Seygey Lavrov Rusiyanın diplomatik missiyası, həmçinin Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün Suriya tərəfinin göstərdiyi təşəbbüslərə görə həmkarına təşəkkür edib.

Qeyd edək ki, bu Rusiyanın Dəməşqdəki səfirliyinə edilən ilk hücum deyil. Daha əvvəl oktyabr və sentyabr aylarında səfirlik raket və minaatanlarla atəşə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm