“Putin əsl zərbəni onlardan alacaq” – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

“Putin əsl zərbəni onlardan alacaq” – ŞOK PROQNOZ

“Türkiyə Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra NATO Ankaraya dəstək verəcəyinə söz verdi. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlər Kremlə dəstək vermədilər”.

Publika.az xəbər verir ki, bu barədə “Espreso.tv” saytında “Azadlıq” radiosunun icmalçısı Vitali Portnikov yazıb.

“Rusiya bombardmançısının məhv edilməsindən sonra Türkiyə hökuməti NATO-dakı müttəfiqlərə müraciət etdi və hərbi alyansdan tam dəstək aldı. Moskvadakı mənbələr iddia edir ki, Rusiya prezidenti Vladimir Putini qəzəbləndirən məsələ təyyarənin məhv edilməsi deyildi. Rusiya prezidenti ilk dəfə anladı ki, mədəni dünya Rusiyanın deyil, Türkiyənin müttəfiqidir. Amma maraqlıdır ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərə dəstək üçün müraciət etməyi düşünmədi. Rusiya təbliğatçıları Qazaxstan və Belarus məmurlarının “Tvitter” hesablarını axtarmağa başladılar. Amma onlar Rusiyaya dəstəklə bağlı praktik olaraq heç soz tapmırlar”, - jurnalist qeyd edib.

Vitali Portnikova görə, Rusiyaya müttəfiqlər deyil, koloniyalar lazımdır: “Belarus Rusiyanın dotasiyalarından asılıdır. Qazaxıstanın rus əhalisi Rusiyanın potensial təcavüzündən qorxur. Qırğızıstan Rusiyanın yardımlarından asılıdır və qeyri-sabitlikdən qorxur. Tacikistan iqtisadiyyatı miqrantların qul əməyindən asılıdır. Hansı müttəfiqlər?” Putin Rusiya təyyarəsinin məhv edilməsini “arxadan bıçaqlanma” adlandırdı. Amma Rusiya əsl “arxadan bıçaqlanma”nı Qazaxıstan, Belarus və digər vassallarından alacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm