Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edib
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 27-də Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Publika.az-ın nazirliyin saytına istinadən məlumatına görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 133, digər məsələlərlə bağlı müraciət etmiş 63 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm