Rusiya səfirliyindən iyrənc addım: türk karikaturası
Bizi izləyin

Dünya

Rusiya səfirliyindən iyrənc addım: türk karikaturası

Rusiyanın Londondakı səfirliyinin rəsmi “Twitter” hesabında türkləri təhqir edən bir karikatura yerləşdirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, karikaturada "Birinci Dünya mühariəsinin 100-cü ildönümü xatırladılır.

“1915-ci ildən möhtəşəm bir Rus portret sənəti" başlığı ilə paylaşılan şəkildə, bir Osmanlı paşasının Rus əsgərini vurmağa çalışdığı təsvir olunur.

Rusiyanın türkləri alçaltmaq məqsədilə etdiyi bu hərəkət sosial mediada ruslara qarşı yönəlib. Karikaturaya yazılan şərhlərdə bunu Rusiyanın cılızlığı və acilzliyi kimi izah ediblər. Hətta rəssamı bugünkü reallığı görməyəcək qədər kor olmaqda qınayıblar. “Rəssam obrazların yerini səhv salıb. Bu gün reallıq ondan ibarətdir ki, Türkiyə rəsmi Moskvanın Rusiya haqında formalaşdırmağa çalışdığı “hegemon dövlət” mifini dağıtdı”, - Anatoli Markos adlı istifadəçi yazıb.

Qeyd edək ki, hava sərhədlərini pozduğuna görə Türkiyə Rusiyanın SU-24 döyüş təyyarəsini vurub.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm