Əsəd və rus qüvvələrinə ağır zərbə: strateji yüksəklik ələ keçirildi
Bizi izləyin

Dünya

Əsəd və rus qüvvələrinə ağır zərbə: strateji yüksəklik ələ keçirildi

Suriyanın Lazikiye çölündəki türkman birliklər dünən itirdikləri Kızıldağ təpəsini geri almaq üçün hücuma keçiblər.

Publika.az xəbər verir ki, “Habertürk” telekanalının müxbiri Murad Karataş Türkman dağında strateji bölgə olan Kızıldağ təpəsinin yenidən türkmanların əlinə keçdiyini bildirib.

Məlumata görə, səhərin erkən saatlarında başlayan əməliyyatın gedişatında türkman birliklər bölgədə xeyli irəliləyişə nail olublar.

Qeyd edək ki, Bəşər Əsəd qüvvələrinin qurudan, Rusiya isə havadan vurduğu Kızıldağ təpəsi son günlər bir neçə dəfə əldən-ələ keçib. Türkiyə sərhədinin 5 kilometrliyində yerləşən Kızıldağ bölgədəki ən yüksək ərazi olduğu üçün strateji əhəmiyyət daşıyır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm