Həftədə 800 min maaş - Messiyə FANTASTİK TƏKLİF
Bizi izləyin

İdman

Həftədə 800 min maaş - Messiyə FANTASTİK TƏKLİF

“Mançester Siti” futbol klubu “Barselona”nın argentinalı forvardı Lionel Messini sıralarına qatmaq niyyətindədir.

Publika.az xəbər verir ki, ərəb şeyxlərinin himayədarlıq etdiyi “Şəhərlilər” Messi üçün hətta həftəyə 800000 funt sterlinqindən vaz keçməyə hazırdırlar.

O da məlum olub ki, İngiltərə klubu artıq transferlə bağlı argentinalı hücumçunun nümayəndəsi ilə ilkin danışıqlar aparıb. Əgər sövdələşmə reallaşarsa, onda Messi bir ilə 40 milyon funt qazana bilər. “Barselona”dakı müqavilə əsasında isə hazırda argentinalı ulduz həftəyə 500000 funt qazanır.

Bununla belə, “Mancester Siti” bir oxla iki hədəfi vurmaq istəyir. İngiltərə klubu Messinin keçidinə nail olmaqla həm də, “Bavariya”nın baş məşqçisi Xosep Qvardiolanı komandaya dəvət etməyi planlaşdırır. Onlar bu məsələdə argentinalı hücumçunun Qvardiola ilə isti münasibətdən öz xeyirlərinə faydalanmaq istəyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm