O, yaxşı mütəxəssisdir, amma kişi deyil
Bizi izləyin

İdman

O, yaxşı mütəxəssisdir, amma kişi deyil

Zlatan İbrahimoviç “Barselona”da çıxış edərəkən Xosep Qvardiola ilə yaşadığı münaqişəni hələ də unuda bilmir. PSJ-nin hücumçusu “Barsa”da möhkəmlənə bilməməsində əsas günahkar Qvardiolanı görür.

Publika.az xəbər verir ki, İbra növbəti dəfə Qvardiola haqqında kəskin ifadələr işlədib:

“O vaxt nə baş verdiyinin indi heç bir əhəmiyyəti yoxdur. Məşqçi kimi o, əla mütəxəssisdir. Amma Qvardiolanın yaxşı insan olduğunu deyə bilməyəcəm. Mən “Barselona”ya keçəndə bu komanda sanki “Play-Station” idi. Çox güclü futbolçular vardı. Adama elə gəlirdi ki, bu komandanın zəif nöqtəsi yoxdur. Qvardiolanı insan kimi necə xarakterizə edərdim? O, kişi deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm