Bankın qarşısında özünü yandıran müştəridən yeni XƏBƏR
Bizi izləyin

Hadisə

Bankın qarşısında özünü yandıran müştəridən yeni XƏBƏR

Bir neçə gün öncə “Muğanbank”ın Binəqədi rayon filialının binasının qarşısında özünü yandıran Malik Hüseynovun vəziyyəti normallaşıb.

Xəstəyə baş çəkən Publika.az-ın əməkdaşının sözlərinə görə, M. Hüseynov Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) yanıq şöbəsində reanimasiyadan palataya köçürülsə də, hələ də danışa bilmir: “M. Hüseynov bu gün reanimasiyadan 3 nömrəli palataya köçürülüb. Buna baxmayaraq, hərəkət edə bilmir. Yaxınlarının sözlərinə görə, xəstənin huşu özündə olsa da, tam hərəkət edə bilmir. Nəsə istədikdə yalnız pıçıldaya bilir və jestlərlə istəyini çatdırır”.

Həkimlərin bildirdiyinə görə, M. Hüseynovun sinəsi, boğazı, səs telləri ciddi zədələnib, eyni zamanda əlləri və qolları yanıb. Vəziyyəti nisbətən stabilləşsə də, hələ də ağır olaraq qalır.

Qeyd edək ki, M. Hüseynov noyabrın 23-də “Muğanbank”ASC-nin Binəqədi filialının qarşısında özünü yandırıb. Ona yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hadisəyə səbəb isə onun bankdan pul götürərək avtomobil alması, lakin aldığı borcu qaytara bilməməsidir.

Qeyd edək ki, “Muğanbank” rəsmi məlumat yayaraq bu adda müştərisi olmadığını bildirib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm