Rusiyadan daha bir addım: vizasız rejim ləğv edilir
Bizi izləyin

Dünya

Rusiyadan daha bir addım: vizasız rejim ləğv edilir

Rusiya 2016-cı il 1 yanvar tarixindən Türkiyə ilə vizasız rejimi ləğv edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov suriyalı həmkarı Valid əl-Muallemlə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Bu uydurulmuş təhlükə deyil, əksinə təhlükələr tamamilə realdır”, - nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 24-də Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus təyyarəsinin sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu açıqlayıb.

Hadisədən sonra ölkələr arasındakı münasibətlər bütün sahələrdə qırılma nöqtəsinə gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm