Bazar günü imtahana
Bizi izləyin

Qırmızı.az

Bazar günü imtahana

Noyabrın 28-29-da Xaçmaz rayonunun ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək diaqnostik qiymətləndirmədə 2300-dən çox müəllimin iştirakı nəzərdə tutulur. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı veriləcək. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.

Qeyd edək ki, diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm