Oğlundan gənc görünən müğənni müzakirələrə səbəb oldu – FOTOLAR
Bizi izləyin

Magazin2

Oğlundan gənc görünən müğənni müzakirələrə səbəb oldu – FOTOLAR

Türkiyəli məşhur müğənni Hakan Pekər baba olub.

Bu xəbər 54 yaşlı müğənninin zahiri görünüşünü növbəti dəfə müzakirə mövzusuna çevirib.

Sosial şəbəkə istifadəçiləri Hakan Pekərin oğlundan daha gənc görünməsinə birmənalı yanaşmayıblar. “Twitter”də də geniş müzakirə olunan Hakan Pekərin fotolarının altına zarafatyana şərhlər yazılıb.

Publika.az onlardan bir neçəsini təqdim edir:

“Hakan Pekərin genetikası mənə maraqlıdır. Adam qırışmır”.

“Hakan Pekər baba olub. Hökumət bundan xəbər tutsa, pensiya yaşını 120 edəcək”.

“Bu həyatda dəyişməyən tək şey Hakan Pekərdir”.

“Məncə, o baba olmayıb, məlumatı dəqiqləşdirin, qardaş ola bilər, ata ola bilər, amma baba ola bilməz”.

“Hakan Pekər necə baba ola bilər? Məndən gənc görünür. Mənim hələ övladım belə, yoxdur”.

“Mən də istəyirəm ki, belə babam olsun!”

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm