Britni Spirsdən möhtəşəm SALTO
Bizi izləyin

Magazin2

Britni Spirsdən möhtəşəm SALTO

Amerikalı müğənni Britni Spirs uşaqlarının qarşısında etdiyi çətin akrobatik idman hərəkətinin videosunu paylaşıb.

Publika.az xəbər verir ki, “İnstagram” hesabında paylaşdığı həmin videoda ifaçı salto vurub. Arxa fonunda onun 2 oğlunu da görmək mümkündür.

Sosial şəbəkədə müğənninin videosunu 100 mindən çox insan bəyənib.

Qeyd edək ki, Spirs 2015-ci ildə ən çox gəlir əldə edən müğənnilərin TOP 10-luğuna düşüb. Altıncı yerdə qərarlaşan dünya şöhrətli ulduz bu il bank hesabını daha 31 milyon dollar artırıb.

Videoya bu linkdən baxa bilərsiz.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm