Suriyanın şimalında 20 dinc sakin öldürülüb
Bizi izləyin

Dünya

Suriyanın şimalında 20 dinc sakin öldürülüb

Suriyanın şimalında aralarında qadın və uşaqlar da olmaqla, 20 dinc sakin öldürülüb.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Afrin və Ayn əl-Arabda "PYD" (PKK-nın Suriyadakı qolu) terrorçuları ilə birgə hərəkət edən "Ceyş əs-Suvvar" (İnqilab Ordusu) Hələb şəhərinin şimalında, Mare rayonu yaxınlığındakı müxaliflərin nəzarəti altındakı Tənəb kəndinə hücum edib.

Ancaq bununla belə, Tənəb kəndinə nəzarət "Ceyş əs-Suvvar"dan yenidən geri alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm