Vitse-spikerdən çağırış: “Hər kəs ayıq-sayıq olsun”
Bizi izləyin

Nida.az

Vitse-spikerdən çağırış: “Hər kəs ayıq-sayıq olsun”

“Azərbaycan güclü dövlətdir və bir qrup təxribatçının cəhdləri bu dövlətə heç bir təsir edə bilməz”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova Nardaran hadisələrinə münasibət bildirərkən deyib.


B. Muradova qeyd edib ki, hər bir kəs fəaliyyətini qanun çərçivəsində həyata keçirməlidir: “Dövlətimiz bu kimi məsələlərin qarşısını qətiyyətlə və ciddi şəkildə alacaq. Nardarandakı hadisələrin insan ölümü ilə nəticələnməsi ağırdır. Hadisələri araşdırması göstərir ki, Azərbaycanda mövcud dövlətin əsaslarını sarsıtmağa yönələn niyyətlər var. Bunu həm din, həm ictimai-siyasi xadimlər, həm də hüquq-mühafizə orqanlarının verdiyi açıqlamalar təsdiq edir. Vətəndaşlar öz siyasi, dini baxışlarını, mövqelərini açıqlayarkən, özünə hər hansı fəaliyyət növü seçərkən qanunun bütün müddəalarına əməl etməlidirlər. Əks halda belə hallar yaranır və hüquqi addımların atılmasına ehtiyac olur”.


Vitse-spiker hər kəsi ayıq-sayıq olmağa, dünyadakı həssas durumda Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyi qorumağa və ona yönəlik bütün cəhdlərə qarşı çıxmağa çağırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm