Aqil M. Quliyev: “Həbsxanada yanıma gələn olmadı”
Bizi izləyin

Magazin1

Aqil M. Quliyev: “Həbsxanada yanıma gələn olmadı”

Məşhur azərbaycanlı rejissor Aqil M. Quliyev yaşadığı həbsxana həyatından danışıb.

Publika.az-a açıqlama verən rejissor həmin günləri həyatının sınaq günləri adlandırıb. Dostları arasında bu sınaqdan çıxan olmadığını, əksinə, tanımadığı, gözləmədiyi insanların həmin vaxtdan onun dostuna çevrildiyini vurğulayıb:

“Həyatımın dar güləri, keçdiyim bir sınaq mərhələsi oldu. Həmin sınaqdan keçən və keçməyən dostlarım oldu. Həbsxanada yatdığım müddətdə, demək olar, hər kəs geri çəkildi. Yaradıcılığım ərzində şou biznesin ən parlaq müğənniləri ilə işləmişdim. Amma müğənnilərdən bir nəfər də yanıma gəlmədi. Gələnlər pərdəarxası, üzdə olmayan insanlar idi. Bütün Azərbaycandan mənə orada cəmi 10 nəfər baş çəkdi. Düşünürəm, indiki zaman üçün bu rekord göstəricidir”.

Rejissor çətin günlərində yolunu gözlədiyi insanlardan dəstək görməsə də, heç kəsdən incimədiyini vurğulayıb:

“İnsan yıxılıbsa, günahkar özüdür. İnciməli biri varsa, o, özüməm! Demək, tanımadığım adamlarla münasibət qurmuşam. Amma yaşadığım vəziyyət gözümü açdı”.

Xatırladaq ki, rejissor sevgilisinin anasının şikayəti əsasında 1 il 5 ay müddətinə həbs olunub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm