Akademikin həyat yoldaşı komadan çıxdı
Bizi izləyin

Hadisə

Akademikin həyat yoldaşı komadan çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun dünən dəm qazından zəhərlənərək ölən direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyevanın vəziyyəti ötən günə nisbətən yaxşıdır.

Bu barədə Publika.az-a 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, T.Hacıyeva bu gün səhər saatlarından komadan çıxmağa başlayıb: “Artıq vəziyyəti yaxşıdır, lakin hələ də reanimasiyadadır. Ətrafa reaksiyası olsa da, hələ tam özünə gəlməyib”.

A.Maqsudov akademikin həyat yoldaşının belə ağır vəziyyətdə olmasının səbəblərini də izah edib: “Dəm qazından zəhərlənmə çox yüksək olub. Bundan başqa, Tamara xanımın beyin qan dövranında da problemlər olub. Həmçinin, yaşının çox olmasını nəzərə alsaq, bütün bunlar onun vəziyyətinin ağırlaşmasına səbəb olub”.

Qeyd edək ki, dünən akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək ölüb. Onun həyat yoldaşı Tamara Hacıyeva isə huşsuz vəziyyətdə tapılıb. 79 yaşlı Tamara Hacıyeva dilçi alimdir, hazırda təqaüddədir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm