Fazil Mustafa: “Təhlükəli qüvvələrə qarşı sərt addım atmaq dövlətin haqqıdır”
Bizi izləyin

Nida.az

Fazil Mustafa: “Təhlükəli qüvvələrə qarşı sərt addım atmaq dövlətin haqqıdır”

“Nardaran hadisələri əvvəlcədən planlaşdırılmış bir hadisə idi”.


Bunu Publika.za-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.


F. Mustafa qeyd edib ki, Nardaranda təhsil, yaxud məşğulluqla bağlı müəyyən problemlərin olması məlumdur: “Problemlər üst-üstə gələndə müəyyən narazılıq ola bilər. Ekstremistlər də bundan istifadə edir. Reallıq budur ki, bu qruplaşmanın tələbləri, yanaşmaları tamamilə başqa mahiyyət almağa başlayır. Onlar başqa ölkələrin maraqlarını təmsil edən dini-ideoloji xətt tutur, dövlətə, hökumətə qarşı çağırışlar səsləndirirlər. Yəni belə bir sistem qurulub. Dövlətin də haqqı var ki, konstitusion quruluşuna üçün təhlükəli olan bütün qüvvələrə qarşı sərt mövqe tutsun”.


F. Mustafa əlavə edib ki, insanlar dini evlərində və məscidlərdə yaşamalıdır: “Dini alətə çevirəndə, terrora çağırış edəndə bu təhlükəlidir. İŞİD, Hizbullah, Taliban kimi terror təşkilatlarında biz bu nümunələri görmüşük. Hesab edirəm ki, insanlar Nardaranda baş verənlərə sosial problem kimi yox, siyasi problem kimi baxmalıdır. Bu hadisələrin haradan idarə olunduğu da məlumdur”.


Deputat əlavə edib ki, məscidlərdə moizələrin oxunması qanunvericilik səviyyəsində olmalıdır: “Yəni bu fəaliyyət lisenziya əsasında olmalıdır. Əks təqdirdə, hər kəs məsciddə istədiyi məsələdən danışsa, bu idarə olunmaz vəziyyət yaradar. Digər tərəfdən, Nardaranda əksəriyyət bu hadisələrə, hətta sonradan etiraz edilməsinə də qarşıdır. Lakin kənd yerlərində adətən insanlar ümumi prinsiplərdən, icma qaydalarından kənara çıxmaq istəmirlər, yaxud çıxa bilmirlər. Halbuki, bu kəndə əksər insan sakit və rahat yaşamaq istəyir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm