Almaniya universitetində "Dağlıq Qarabağ guşəsi" açılıb
Bizi izləyin

Qırmızı.az

Almaniya universitetində "Dağlıq Qarabağ guşəsi" açılıb

“Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İşğalçı dövlətə qarşı sanksiya” layihəsi çərçivəsində Almaniyanın Bilefeld Universitetində “Müharibə ərazilərində qaçqınlar problemi, əsir və itkin düşmüş, girov götürülmüş insanların taleyi” mövzusunda təbliğat aksiyası keçirilib.

Təbliğat aksiyasında məqsəd universitetin müəllim və tələbələrinə Azərbaycan həqiqətləri – işğal və soyqırım, erməni terrorizmi haqqında, xüsusilə əsir və itkin düşmüş, girov götürülmüş insanların taleyi barədə informasiyalar vermək olub.

Təbliğat aksiyasını həyata keçirmək üçün Bilefeld Universitetinin birinci mərtəbəsində stend qurulub. Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif xarici ölkələrdə alman və ingilis dillərində nəşr edilmiş kitablardan ibarət “Dağlıq Qarabağ guşəsi” sərgisi nümayiş etdirilib.

Aksiyada əcnəbi müəlliflərin alman və ingilis dillərində yazdıqları kitabların elektron variantı olan CD-lər alman tələbələrə paylanıb. 4 saat davam edən təbliğat aksiyasında “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin tərtib etdiyi yazılı anket-sorğu keçirilib. Universitet tələbələri maraqla anket-sorğunun suallarına yazılı cavab veriblər.

Təbliğat aksiyasında “Dağlıq Qarabağ guşəsi” kitab sərgisi ilə maraqlanan universitet tələbələrinin suallarına ətraflı cavab verilib.

Aksiyada azərbaycanlı və türkiyəli tələbələr, həmçinin Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti könüllü olaraq fəal iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm