DİN-dən vacib açıqlama
Bizi izləyin

Qırmızı.az

DİN-dən vacib açıqlama

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2015-ci il dekabr ayının 5-də saat 10:00-da Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon sakinlərini Sumqayıt şəhər Polis İdarəsində qəbul edəcək.

DİN-dən Publika.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbul başa çatdıqdan sonra saat 12:00-da, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Sumqayıt şəhər Polis İdarəsində sıra baxışı keçiriləcək.

Sıra baxışında yalnız qeyd olunan şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:

- müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 25 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə yuxarıda qeyd olunan şəhər, rayon polis orqanlarında 20 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm