"Qəbələ"dən 7 qələbə
Bizi izləyin

İdman

"Qəbələ"dən 7 qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.


Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı qaralar" müxtəlif yaş qruplarında 10 qarşılaşmada qüvvəsini sınayıb.


Bu matçların yalnız birində uduzub, ikisində heç-heçəylə kifayətlənən Qəbələ təmsilçiləri 7 qələbə qazanıb.

U-19 komandası səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Bu qələbələrdən sonra xal hesabını 19-ya çatdırıb, çempionatın liderləri “Bakı” və “Xəzər Lənkəran”a şərik olan “qırmızı-qaralar” əlavə göstəricilərdə 2-cidir. Komanda növbəti turda “Xəzər Lənkəran”ı qəbul edəcək.

Keçirdiyi ilk 7 oyunda böyükhesablı qələbə qazanan U-17 evdə “Qarabağ”a uduzub – 1:4. İlk xal itkisinə baxmayaraq, 21 xalla yarışın vahid lideri ola “Qəbələ” 9-cu turda “Turan”ın qonağı olacaq.

U-16 səfərdə “İnter”i 2:1 hesabı ilə məğlub edib. 8 matçda 24 xal toplayan “Qəbələ” çempionatın lideridir. Komanda növbəti turda “Vətən”i qəbul edəcək.

Ardıcıl 12-ci qələbəsini qazanan U-15 XIII turda evdə “İnter”i 8:0 hesabı ilə məğlub edib. Bir oyunu təxirə salınan “Qəbələ” 12 matçda topladığı 36 xalla 1-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Vətən”in qonağı olacaq.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Qarabağ”la görüşdə 1 xal qazanıb – 0:0. “Qırmızı-qaralar” 8 oyundan sonra 27 xalla 3-cü pillədə qərarlaşıb. Komanda növbəti turda “Bakı” ilə görüşəcək. Eyni zonada çıxış edən U-13 “Təhsil”ə 6:0 hesabı ilə qalib gəlib. 8 oyunda 15 xal yığan "qırmızı-qaralar" 4-cü pillədə qərarlaşıb. IX turda “Qəbələ” istirahət edəcək.

U-12, U-11 və U-10 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında VII turun oyunları keçirilib. İsmayıllı UGİM-i ilə qarşılaşan U-12 6:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 6 oyunda 16 xal toplayaraq 2-ci yerdə qərarlaşıb.

Komanda növbəti turda Şəki UGİM-ini sınağa çəkəcək. U-11 Liqasında 6-ci qələbəsini qazanan “Qəbələ” bu dəfə Qax UGİM-ini 18 cavabsız qolla keçib. 18 xalla çempionatının lideri olan komanda növbəti turda Yevlax UGİM-i ilə görüşəcək. Klubun U-10 komandası Yevlax “Rabitəçi UGİM”ini 19:0 hesabı ilə məğlub edib. 7 matçda 21 xal qazanan “qırmızı-qaralar” yarışın lideridir. Komandanın növbəti rəqibi Yevlax UGİM-i olacaq. U-19 Qızlar Liqasında debüt mövsümünü keçirən “Qəbələ” 6-cı oyununu “Neftçi”yə qarşı keçirib. 1:1 hesablı heç-heçədən sonra xal hesabı 7-yə çatan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb. Komandanın növbəti rəqibi “Fidan” olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm