Faiq Ağayev: “Həyat mənim üçün təkcə onlardan ibarət deyil”
Bizi izləyin

Magazin1

Faiq Ağayev: “Həyat mənim üçün təkcə onlardan ibarət deyil”

Xalq artisti Faiq Ağayev təbdirlərdən birində ağ və qara rənglərdən ibarət geyimdə fotokameramız qarşısına keçib.

Publika.az-a açıqlama verən xalq artisti bu rəngləri ən demokratik rənglər hesab etdiyini bildirib:

“Bilirsiniz, ağ və qara libasları istənilən şəraitdə geyinmək olar. Amma həyat mənim üçün təkcə ağ və qaradan ibarət deyil. Boz, sarı, göy, yaşıl və s. rənglər də var. Konkret bir rəngə bağlılığım yoxdur”.

Müğənni eyni zamanda ilin sonuna kimi 2 yeni mahnısı ilə dinləyicilərini sevindirəcək:

“2 yeni mahnı hazırlanır. Hazırda studiya işləri gedir. Mahnılardan biri Fərid Kərimli, digəri isə Emil Şahinə məxsusdur. Hər iki mahnı ritmikdir. Doğum günümə kimi hər iki mahnı təqdim olunacaq”.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm