Dayanacağı kitabxanaya çevirdi
Bizi izləyin

Dünya

Dayanacağı kitabxanaya çevirdi

Türkiyənin Aydın vilayətinin Arslanlı məhəlləsində yaşayan Ali Akalın məhəllədəki dayanacağı kitabxanaya çevirib.

Publika.az Türkiyə mətbuatına istinadən bildirir ki, bələdiyyədə təmizlikçi işləyən A.Akalın sərnişinlərin yararlanması üçün dayanacağa kitab dolabı yerləşdirib. Dolabda 40-a qədər kitab var.

Bu ideya bölgə sakinlərinin marağına səbəb olub. Artıq onlar dayanacaqda avtobus gözləyərkən vaxtlarını kitab oxumağa sərf edirlər. Sakinlər burada həm kitab oxuyur, həm də özləri kitab hədiyyə edirlər.

Bu ideyanın məhəllədəki digər dayanacaqlarda da tətbiq edilməsi üçün təkliflər irəli sürülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm