Dərbənddə xüsusi əməliyyat – ÖZƏL
Bizi izləyin

Dünya

Dərbənddə xüsusi əməliyyat – ÖZƏL

Dağıstan hüquq-mühafizə orqanları tərəfindən Dərbənddə xüsusi əməliyyat keçirilib.

Dərbənddəki mənbələrdən Publika.az-a verilən məlumata görə, əməliyyat Süleymançı adlanan dini təriqətin ofisində keçirilib. Əməliyyat zamanı videomateriallar götürülüb. Məlumata görə, videomateriallarda insanları “Qafqaz əmirliyi”nə və İŞİD-ə qoşulmağa çağırışlar edilib.

Bu ilin mart ayında Dağıstan Respublikası Ali Məhkəməsi süleymançıların fəaliyyətini qanunla qadağan edib. Rusiya Federasiyası Dazili İşlər Nazirliyinin Dağıstan şöbəsi isə bir neçə gün öncə əhaliyə terrorla bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Nəqşbəndliyin bir qolu olan Süleymançılar əsasən Türkiyədə fəaliyyət göstərən camaatdır. Bir çox ekspert hesab edir ki, bu cür əməliyyatlar Türkiyə-Rusiya münasibətlərinin pozulması fonunda gözləniləndir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm