Xiyardan makiyaj təmizləyən vasitə hazırlayın!
Bizi izləyin

Gözəllik

Xiyardan makiyaj təmizləyən vasitə hazırlayın!

Makiyajı təmizləmək üçün kimyəvi maddələrlə dolu vasitələrdən istifadə etməyin. Çünki evdəki məhsullarla dəri üçün faydalı makiyaj təmizləyici vasitə hazırlaya bilərsiniz.

Publika.az almalı makiyaj təmizləyici reseptini təqdim edir:

Tərkibi:

1 çay qaşığı bal

1 çay qaşığı şirin badam yağı

Yarım stəkan süd

3 damcı lavanda yağı

1 ədəd xiyar

Hazırlanması və tətbiqi:

Xiyarı əzib suyunu sadalanan digər ərzaqlarla qarışdırın. Əldə etdiyiniz maddə ilə üzünüzü təmizləyin.

Qarışığı soyuducuda 1 həftə mühafizə etmək olar.

Qeyd edək ki, bu, təkcə üz üçün nəzərdə tutulub, onunla göz makiyajını təmizləmək məsləhət deyil.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm