“Təyyarə böhranı” Uzaq Şərqə çatdı: Yaponiya ordunu ayağa qaldırdı - VİDEO
Bizi izləyin

Dünya

“Təyyarə böhranı” Uzaq Şərqə çatdı: Yaponiya ordunu ayağa qaldırdı - VİDEO

Türkiyə və Rusiya arasındakı “təyyarə böhranı” davam etdiyi bir vaxta analoji böhran Uzaq Şərqdə yaranıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çinə məxsus 11 hərbi təyyarənin Yaponiya üçün strateji əhəmiyyətə sahib adalara yaxınlaşması iki ölkəni qarşı-qarşıya gətirib.

Yaponiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Çinə məxsus 11 təyyarənin (8 bombardmançı, 2 kəşfiyyat və 1 erkən xəbərdarlıq təyyarəsi) dünən Miyako və Okinava adalarına yaxınlaşıb. Bundan sonra Yaponiya hava qüvvələri döyüş vəziyyətinə gətirilib.

“Yomiuri Shimbun” qəzeti isə Çinin bu qədər geniş hava gücünün Yaponiyanın hava məkanının yaxınlığından keçməsini tez-tez baş verən hadisə adlandırıb.

Çinin rəsmi xəbər agentliyi “Xinhua” isə Xalq Azadlıq Ordusunun Sakit okeanında qırıcı və bombardmançı təyyarələrinin də iştirak etdiyi genişmiqyaslı təlimlərin keçirildiyini, təlimlərin uzunmüddətli müharibəyə hazırlıq sınaqlarının olduğunu bildirib.

Qeyd edək ki, Okinava adasının cənubunda yerləşən və Yaponların Senkaku, Çinin isə Diaoyu adlandırdığı adalar iki ölkə arasında mübahisəli ərazi hesab edilir. Adalar ölkələr arasında ciddi hərbi və diplomatik gərginlik mənbəyidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm