Göyərçinlər xərçəng xəstələrinə ümid oldu
Bizi izləyin

Sağlamlıq

Göyərçinlər xərçəng xəstələrinə ümid oldu

Yeni aparılan araşdırmalar göyərçinlərin qeyri-adi xüsusiyyətlərini ortaya çıxarıb.

Publika.az xəbər verir ki, elm adamları göyrəçinlərin xərçəng xəstələrini tanıdıqlarını müəyyənləşdiriblər.

Kaliforniya Universitetinin professorlarının apardıqları araşdırma zamanı 8 göyərçinə həkimlərin sadəcə mikroskop vasitəsilə görə bildikləri xərçəngli və sağlam hüceyrələr göstərilib. 15 gün davam edən dərslərdən sonra göyərçinlər iki hüceyrə arasındakı fərqi müəyyənləşdirə biliblər. Onların qoyduqları diaqnozların 85 faizi doğru çıxıb.

Quşların görmə qabiliyyətlərinin insanlardan daha çox inkişaf etdiyini, onların hətta ultrabənövşəyi şüaları da görə bildiklərini deyən alimlər gələcəkdə xərçəng xəstələrinə erkən diaqnozun qoyulmasında göyərçinlərdən faydalana biləcəklərini vurğulayıblar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm