Məleykə Əsədova kövrəldi
Bizi izləyin

Magazin1

Məleykə Əsədova kövrəldi

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova fəsillərin onun ovqatına təsir etdiyini deyib.

Publika.az-a danışan aktrisa duyğulanıb:

“Payızı heç sevmirəm. Atam da payızda dünyasını dəyişib, onda mənim 17 yaşım vardı. Bəlkə də buna görə, payız məndə kədər oyadır. Buğa bürcündə doğulduğum üçün daha çox baharı sevirəm. Çiçəklər açanda, günəş doğanda arzularım aşıb-daşır. Mən romantik xanımam axı. Payızda yarpaqlar saralanda duyğusal oluram, təsirlənirəm. Payız məni daha çox düşündürür. Elə ona görə də, qızımın tətil günlərini Qubada keçirtdik. Bir neçə gün təbiətlə baş-başa qaldım”.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm