12 yaşlı kamikadzedən şok etiraflar - VİDEO
Bizi izləyin

Dünya

12 yaşlı kamikadzedən şok etiraflar - VİDEO

Əfqanıstanın Faryab vilayətində təhlükəsizlik güclərinə üzərindəki bomba qurğusu ilə təslim olan uşaq şok etiraflar edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 12 yaşındakı oğlan uşağı ailəsi tərəfindən 10 min dollara Talibana satılıb.

Kamikadze olaraq hazırlanan uşaq terror aktı həyata keçirilməsi üçün göndərilən polis bölməsinə təslim olub.

“Talibanın düşərgəsində mənim kimi onlarla uşaq var idi. Hamımıza “Allah yolunda öləndə cənnətə gedəcəksiniz. Öldürəcəyiniz insanlar kafir, onları öldürmək Allah yolunda ən gözəl ibadətdir” deyirdilər. Məndən isə polis bölməsinə hücum etməyimi istədilər”, - o, deyib.

Hazırda uşağın ifadələri əsasında onun ailəsi ilə bağlı istintaq başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm