Qoroskop
Astroloji proqnoz - 30 noyabr
Qoç - Bir çoxları, hətta ən ciddilər belə,
yüngüllüyə meyl edirlər. Ailədə, yaxınlarla münaqişələr mümkündür.
Emosiyalar aşıb-daşır və əksəriyyət onların öhdəsindən gələ
bilmir.
Dəyərli əşyaların itirilməsi, yaxud havayı yerə xərclər mümkündür.
Yaxşı olar ki, qadınlarla sövdələşmələrdən çəkinəsiniz. İstənilən
məsələni, xüsusilə iş və ya biznesə aid problemləri öz cinsinizdən
olan insanlarla müzakirə etməyə çalışın. Belədə daha düzgün
qərarlar verərsiniz.
Buğa - İşgüzar məsələləri müzakirə etmək olar.
Özünə inam, inadcıllıq, əzmkarlıq nümayiş etdirənlər danışıqlarda
uğur qazanacaqlar. Güclü şəxsiyyətlər heç bir təzyiqlə
üzləşməyəcəklər.
Şəxsi münasibətlərdəki ahəngdarlığa isə yağışdan sonra göbələk kimi
artan illüziyalar mane olur. Nə qədər çox fantaziyaya qapılsanız,
reallığa qayıtmaq bir o qədər çətin olacaq.
Əkizlər - günün birinci yarısı çox uğurlu
keçir. Məhsuldar işləyir, mürəkkəb problemlərin öhdəsindən
asanlıqla gəlirsiniz. Nüfuzlu insanların rəğbətini qazana
biləcəksiniz, onlar böyük həvəslə çətinlikləri aşmaqda sizə yardım
edəcəklər. İntellektual potensialınızdan əlavə, məlahətiniz də
güclüdür, işgüzar münasibətlər asanlıqla romantik məcraya
yönəlir.
Axşama doğru isə vəziyyət dəyişəcək. Emosiyalarınız ağlınıza üstün
gələcək və siz yersiz hərəkətlər edəcəksiniz. Tamahınızı
yığışdırın, yoxsa sonra peşmançılıq çəkəcəksiniz.
Xərçəng - baxmayaraq ki, xırda anlaşılmazlıqlar olacaq, ümumilikdə uğurlu gündür. İş burasındadır ki, problemlər hələ inkişaf etməyə macal tapmamış siz onları həll etməyə müvəffəq olursunuz. Əla yanaşmadır! Sizin nailiyyətləriniz kölgədə qalmır. Çox nüfuzlu adamların diqqətində olacağınıza ümid edə bilərsiniz. Onlara yaxşı təəssüratlar bəxş etmək sizə çətin olmayacaq. Elə bilməyin ki, tələsik verdiyiniz qərar yanlışdır. Məhz qəfil peyda olan fikirlər bu gün uğur qazanacaq.
Şir - günün əvvəlində pis xəbər ala bilərsiniz,
şərait çox gərgin olacaq. Özünüz də istəmədən və yersiz olaraq
hamının diqqət mərkəzinə düşəcəksiniz. Ətrafınızdakılar
istəmədiyiniz halda məsləhətlər verir, eşitmək istəmədiyiniz
mülahizələr söyləyirlər. Baş verənlərdən narazılığınızı gizlətmək
çətindir, amma məcbursunuz.
Əvvəldən düşündüyünüz planlara riayət etmək çətindir, onları
yenidən gözdən keçirib, uyğunlaşmaq lazım gəlir. Axşam isə böyük
güc sərf etmədən bütün problemlərinizi həll edə biləcəksiniz.
Qız - səhər heç də xeyirə açılmır. Əhvalınızı
yaxşı adlandırmaq olmaz, yaxınlarınız da heç istəmədən lap odun
üzərinə yağ tökürlər. Qəfil xərclər gözlənilir. Pullardan əl çəkmək
xoşunuza gəlməyəcək. Bir çox Qoçlar bu gün artıq əhəmiyyətini
itirmiş əlaqələri qırmaq qərarına gələcəklər.
Axşama doğru vəziyyət düzələcək. Sakitləşəcək, özünüzü daha rahat
hiss edəcəksiniz. Ailə üzvlərinizlə də ümumi dil tapmaq asan
olacaq, fikir ayrılıqlarına son qoyacaqsınız.
Tərəzi - bu gün görülən işlərin əksəriyyətini
gələcəkdə yenidən düzəltmək lazım gələcək.
Günün ikinci yarısı ciddi fikir ayrılıqları gözlənilir. Ümumi iş
görən insanlar mübahisə edir və layihələrin gələcəyini sual altına
qoyurlar. Ailələrdə müxtəlif nəsillər arasında münaqişələr
mümkündür.
Əqrəb - iş üçün çox uğurlu gündür. Ötən
həftənin problemlərini uğurla həll edir və yeni planların
reallaşdırılmasına başlayırsınız. Özünüzə tərəfdaş və həmfikir
tapmaq elə də çətin deyil, həmçinin onlarla işləmək də xoş olacaq.
Xarici partnyorlarla əlaqələr dinamik inkişaf edir. Ezamiyyətə
yollanmaq olar.
Şəxsi münasibətlərdə isə vəziyyət bir qədər başqadır.
İstənilən məsələyə praqmatik yanaşmağınız yaxınlarınızı
təəccübləndirir və qıcıqlandırır. Ətrafınızdakıların həyəcanları
sizi qətiyyən maraqlandırmır, istəmədən qəddarlıq edirsiniz.
Oxatan - ehtiyatlı olun. Günün birinci yarısı
çox gərgindir. Yaxınlarınızla mübahisələr gözlənilir və səbəbindən
asılı olaraq onlar çox ciddi ola bilərlər. Öz rəyinizi çox kəskin
formada bildirir və sizinlə razı olmayanlardan küsürsünüz. Bu
minvalla da milçək böyüyüb fil olur.
Günün ikinci yarısı daha yaxşı keçəcək. Xırda anlaşılmazlıqlar,
narazılıqlar, qanqaraçılıqlar geridə qalır. Siz yalnız diqqət tələb
edən məsələlərə köklənirsiniz. Sevdiyinizin qayğısına qalın.
Oğlaq - sakit olun, təmkininizi pozmayın! Gün
elə də yaxşı başlamır. Ancaq hər şey sizdən asılıdır. Əsas məsələ
budur ki, həmkarlarınız və iş ortaqlarınızla dil tipa biləsiniz. Nə
edirsiniz-edin, amma çalışın belə olsun. Bütün problemlərlə
təkbaşına məşğul olmaq həm çox vaxt alır, həm də adamı yorur.
Vacib görüş və işlərinizi günün ortasına planlaşdırın. Çalışın,
diqqətinizi cəmləyəsiniz, ideyalarınızı daha gözəl təqdimatla
çatdırasınız, sizə hazırlanan tələləri vaxtında görə biləsiniz.
Axşam yaxınlarınızdan biri ilə mübahisə gözlənilir. Hətta
qaçılmazdır. Sadəcə, özünüzü ələ alın.
Dolça - günün başlanğıcı çox mürəkkəb olacaq.
Emosional fon sabit deyil, siz vurnuxur, özünüzü ora-bura
çırpırsınız. Amma xoşbəxtlikdən, bu hal uzun sürməyəcək, siz tez
sakitləşəcək, özünüzü ələ alacaqsınız. Məşğul olduğunuz işdə xeyli
irəli düşə bilərsiniz. Əməyinizin bəhrəsi gözlədiyinizdən qat-qat
yüksək olacaq.
Günün ikinci yarısı kommersiya fəaliyyəti, sövdələşmələr üçün
yaxşıdır. Düzdür, bu vaxt sizin daha çox pullar barədə düşünməniz
sizi yaxşı tanımayan adamlarda düzgün olmayan təəssürat yarada
bilər: sizi praqmatik, məncil biri kimi görəcəklər.
Balıqlar - Bütün gün ərzindən mənfi
tendensiyaların təsirini hiss edəcəksiniz. Odur ki, vacib qərarlar
verməyin. Ancaq yaxşıca düşünülmüş ehtiyatlı hərəkətlər istədiyiniz
nəticəni əldə etməyinizə imkan verər. Ancaq təəssüf ki, siz
ekstravaqant hərəkətlər edərək, ətrafdakıları şoka salmağı üstün
tutursunuz.
Bunlara baxmayaraq, bu gün yaxşı qazana bilərsiniz. Günün ikinci
yarısı biznesdə fəal olun. Sevdiyiniz şəxslə də xoş səfərə çıxa
bilərsiniz.
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia