"Neftçi" "Qarabağ"ı məğlub edib
Bizi izləyin

İdman

"Neftçi" "Qarabağ"ı məğlub edib

Noyabrın 29-da Premyer Liqanın 14-cü turu çərçivəsində "Neftçi" "Qarabağ"ı qəbul edib.

Publika.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. 65-ci dəqiqədə isə paytaxt təmsilçisi hesabı açıb. Rəhman Hacıyev rəqib qapısına yol tapa bilib.

Oyunda başqa qol qeydə alınmayıb – 1:0.

Beləliklə, “Neftçi” 19 xalla 6-cı sıradadır, “Qarabağ” isə 32 xalla liderdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm