Tovuzda yol polisini maşın vurub
Bizi izləyin

Hadisə

Tovuzda yol polisini maşın vurub

Tovuz rayonunda yol polisi əməkdaşını maşın vurub.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verən insidentdə, Yol Patrul Xidməti inspektoru, rayon sakini 47 yaşlı Elmar Xəlilov xidməti ərazisində hərəkətdə olan "Vaz-2107" markalı avtomobili saxlamaq istəyərkən sürücü - rayonun Yuxarı Öysüzlü kənd sakini, 25 yaşlı Bayram Qasımov idarə etdiyi avtomobillə polis əməkdaşını vurub.

Yaralı dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəlilovun vəziyyəti həkimlər tərəfindən orta-ağır kimi dəyərləndirilir .

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm