Azərbaycanlı musiqiçi Moskvaya niyə çağırıldı?
Bizi izləyin

Magazin1

Azərbaycanlı musiqiçi Moskvaya niyə çağırıldı?

Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələrin laureatı Əyyub Quliyev noyabrın 30-dan dekabrın 7-dək Moskvada olacaq.

Dirijor Publika.az-a açıqlamasında bildirib ki, Rusiyanın “Kultura” kanalının keçirdiyi gənc musiqiçilərin “Şelkunçik” beynəlxalq telemüsabiqəsinin rəsmi açılış və bağlanış mərasimində Rusiya Milli simfonik orkestrini məhz o idarə edəcək.

Bu müsabiqə 2000-ci ildən gənc akademik musiqi ifaçıları arasında hər il keçirilən populyar musiqi tədbirlərindən biridir. Müsabiqədə istedadlı musiqiçilər üç kateqoriya - skripka, fortepiano, zərb və nəfəs alətləri üzrə yarışacaqlar.

Bu il müsabiqədə Böyük Britaniya, Avstriya, ABŞ, Kanada, Yaponiya, Çin, Norveç, Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Polşa, Türkiyə, Moldova, Qazaxıstan, Ukrayna, Belarus və digər ölkələrdən gənc musiqiçilər iştirak edəcəklər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm