Qırmızı.az
Bu yol təmirə bağlandı - FOTO
Təmir-tikinti işləri ilə əlaqədar Nizami rayonu Mikayıl
Əliyev küçəsinin bir hissəsində qısa müddətlik nəqliyyat
vasitələrinin hərəkəti tam olaraq
məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən
Publika.az-a verilən məlumata görə, hərəkətin
məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi
ilə kəsişməsində yerləşən dairədən üzü Babək prospektinə doğru olan
700 metrlik hissəsində tətbiq olunub.
Sözügedən ərazidə təmir-tikinti işləri yekunlaşandan sonra
küçənin digər hissəsinin, Babək prospektinə qədər olan 750 metrlik
ərazinin nəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik
məhdudlaşdırılması planlaşdırılır. Bu üzdən yaranan müvəqqəti
narahatçılığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzr
istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını
xahiş edir.
Xatırladaq ki, uzun illərdir təmir olunmadığı üçün yolun hərəkət
hissəsi sıradan çıxmış Nizami rayonu Mikayıl Əliyev küçəsinin bu
dəfə Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən
hissəsində bir müddətdir təmir-tikinti işlərinə start verilib.
Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1450 metr, küçənin
ortalama eni isə 20 metrdir.
Sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin olmaması yolda müəyyən problemlərə gətirib çıxarırdı. Həm yolun asflat-beton örtüyü tez sıradan çıxırdı, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Bütün bunları nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən küçədə 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Zəruri olan yerlərdə yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılıb.
Piyadaların da rahatlığını düşünən cəmiyyət təmir etdiyi
küçələrdə səkilərin olmasına xüsusi olaraq diqqət yetirir. Mikayıl
Əliyev küçəsində də vətəndaşların normal və təhlükəsiz hərəkəti
üçün piyada səkilərinin olmaması problemi həll edilib. Belə ki,
təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə zəruri
olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb.
Səkilərin kənarlarına 3 min paqon metrə yaxın səki daşları
düzülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örüyü
yenisi ilə əvəzlənir. Bunun üçün artıq köhnə asfalt örtüyü
qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı
bərkidilib. Ümumilikdə sözügedən əraziyə 2 qat olmaqla 30 min
kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə
start verilir.
Ölkə başçısının tapşırığına əsasən, Nəqliyyat Nazirliyi
rəhbərliyinin nəzarəti altında, “Azəryolservis” ASC tərəfindən
aparılan təmir-tikinti işləri çərçivəsində Mikayıl Əliyev küçəsində
yolun hərəkət hissəsinin müəyyən yerlərində genişləndirmə işləri
aparılacaq. Genişləndirmə küçənin Babək prospektinə çıxan
hissəsində, təqribən 150 metrlik bir ərazidə görüləcək. Bununla da
həmin istiqamətdə yol təqribən 3-4 metr genişlənməklə, nəqliyyat
vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərmiş
olacaq.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində
cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi qurulacaq,
nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə
zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq yol cizgi
xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri
aparılacaq.
Hazırda təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...