Eldar Ryazanov:“Həyatı və qadınları sevirəm” - VİDEO
Bizi izləyin

Art

Eldar Ryazanov:“Həyatı və qadınları sevirəm” - VİDEO

Noyabrın 30-u dahi rus rejissoru, SSRİ xalq artisti Eldar Ryazanov 89 yaşında vəfat etdi. Əfsanəvi rejissor “İşdə məhəbbət”, “Taleyin ironiyası və ya həmişlə təmizlikdə”, “Qaraj”, “İki nəfərlik vağzal”, “Qoca quldurlar” və digər məşhur filmlərin rejissorudur. Eldar Ryazanov daim kinosevərlərin qəlbində yaşayacaq.

Publika.az sizə rejissorla baş tutmuş qısa müsahibəni təqdim edir:

- Xasiyyətinizin əsas özəlliyi nədədir?

- Heç nə mənə kifayət etmir.

- Sevdiyiniz məşğuliyyət?

- Mütaliə, gəzinti, üzgüçülük, bilyard oyunu, musiqi dinləmək.

- Ən qeyri-adi şıltaqlığınız nədir?

- Köhnə və cırıq paltarda gəzmək.

- Sevdiyiniz adlar hansıdır?

- Emma, Nina, Olqa, Tatyana, Lyudmila, Alla, Anna, Qalina, Sofya, Valya, ümumiyyətlə, bütün qadın adlarını sevirəm.

- Tez-tez istifadə etdiyiniz söz?

- Xoş sözləri və söyüşləri eyni dərəcədə çox istifadə edirəm.

- Özünüzdə nəyisə dəyişə bilsəydiniz, nəyi dəyişərdiniz?

- Kök bədən quruluşumu dəyişmək istərdim. Qamətli olmağa üstünlük verərdim. Lakin çoxsaylı cəhdlərimə baxmayaraq, buna nail ola bilməmişəm.

- Ən sevdiyiniz ədəbi qəhrəman kimdir?

- Uşaqlıqda Robin Qudu sevirdim. Gənclikdə Martin İdeni, yetkinlikdə knyaz Mışkini (kyaz olduğuna görə deyil!). İndi isə lirik poeziyanı sevirəm.

- Bəs nəyi sevmirsiniz?

- Xəyanəti, təkəbbürü, ruhun boşluğunu.

- Həyatınızın ən böyük nailiyyəti?

- Dəyişməmişəm, özüm olaraq qalmışam. Bunu nailiyyətim kimi dəyərləndirirəm.

- Daha çox nəyə dəyər verirsiniz?

- Hər şeydə rahatlığı sevirəm: ayaqqabı, geyim, maşın, ev.

- Həyatınızın ən böyük məhəbbəti kimdir?

- Həyat və qadınlar. Əslində, bunların hər ikisi eyni məna daşıyır.

- Hansı şəraitdə və harada ölməyi arzulayırsınız?

- Qəfil, vətənimdə.

- Şüarınız nədir?

- “Qoca cənnət quşu olmaqdansa, gənc küçük olmaq yaxşıdır” (Mark Tven)

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm