Rus nazir: “Türk şirkətləri Rusiyada sonadək qalacaq”
Bizi izləyin

Dünya

Rus nazir: “Türk şirkətləri Rusiyada sonadək qalacaq”

“2018-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatı çərçivəsində Türkiyə şirkətləri tərəfindən Rusiyada inşa edilən stadionun tikintisi davam edəcək”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın idman naziri və Futbol Federasiyasının prezidenti Vitali Mutko bildirib.

Onun sözlərinə görə, stadionun inşası ilə bağlı Rusiya və Türkiyə arasında müvafiq müqavilə var və ona görə də türk şirkətləri burada sonadək qalacaq. Nazir deyib ki, stadionun inşasında çalışan bütün qüvvələr ruslardır: “Türklər sadəcə olaraq layihə icraçılarıdır. Ona görə də əgər ortada müqavilə varsa, deməli, işlər davam edəcək”.

Rus nazir qeyd edib ki, 2018-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatı oyunlarını təşkil etmək üçün Rusiyanın 11 şəhərində 12 müasir stadion inşa ediləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm