Bakı Ali Neft Məktəbinin 4 yaşı oldu
Bizi izləyin

Qırmızı.az

Bakı Ali Neft Məktəbinin 4 yaşı oldu

Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 4 ili tamam oldu. Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə 29 noyabr 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. Ali Məktəbin yaradılmasında əsas məqsəd ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır.

2012/2013-cü tədris ilində - BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində 15 tələbə, 2014/2015-ci tədris ilində 17 tələbəsi. 2015/2016-cı tədris ilində isə BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan 9 (doqquz) nəfəri “Neft-qaz mühəndisliyi”, 5 (beş) nəfər tələbə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, 3 (üç) nəfəri isə, “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. Qeyd edək ki, BANM TQDK-nın əsas göstəricilərinə görə daim liderlik mövqeyini saxlayır.

2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub.

Qafqaz regionunun ən böyük kampusu olacaq BANM-in yeni kampusu bu ilin sonunadək istifadəyə veriləcək.

BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində yeganə Ali Məktəbdir ki, İSO Beynəlxalq standartlarının üç modulu üzrə sertifikata sahib olaraq, ISO 9001 - Keyfiyyət idarəetmə sistemi, ISO 14001- Ekologiya idarəetmə sistemləri və OHSAS 18001-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlarını almışdır.

BANM-in 4 illik fəaliyyəti dövründə qazandığı uğurlar, ödənişsiz təhsil, yüksək keyfiyyətli ingilis dilli mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar, dünyanın bir sıra nüfuzlu ali məktəbləri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin Azərbaycanda fəaliyyət göstərən transmilli və xarici şirkətlərdə təcrübənin təşkil olunması ilə vəhdətinin təmin olunması, tədrisin ingilis dilli peşəkar müəllimlər tərəfindən aparılması, nəinki təhsil həyatının, həmçinin tələbələrin ictimai həyatının səmərəli təşkil olunması üçün yaradılan şərait və imkanlar, müasir laboratoriyalar, tələbələrə SOCAR və BANM-in rəhbərliyi tərəfindən ayrılan xüsusi diqqət və qayğı kimi amillər BANM-ə Azərbaycanın ən nüfuzlu və lider ali məktəb statusunu qazandırıb. BANM abituriyentlərin və onların valideynlərinin ən etibar edəcəyi ali məktəblərdən birinə çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm