Əsgərimiz yaralandı
Bizi izləyin

Hadisə

Əsgərimiz yaralandı

Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm