“S-400”lərə qarşı "KORAL"lar: Türkiyə müdafiəni gücləndirir – FOTOLAR
Bizi izləyin

Dünya

“S-400”lərə qarşı "KORAL"lar: Türkiyə müdafiəni gücləndirir – FOTOLAR

Rusiyanın Suriya ilə Türkiyə sərhədində “S-400” zenit raket kompleksləri yerləşdirməsi rəsmi Ankaranı ölkənin müdafiə sisteminə yenidən baxmağa vadar edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Türkiyə hökuməti “ASELSAN” şirkətinin istehsalı olan "KORAL" yerli hava müdafiə sistemini Suriya sərhədinə yerləşdirib.

Qeyd edək ki, "KORAL" 2015-ci ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. Bu sistem Türkiyə üçün hərbi təhdid yaradan raket, təyyarə və radar sistemlərini 100 kilometr məsafədən siqnal qarışdırma xüsusiyyətlərinə malikdir.

"KORAL" adlı yerli hava müdafiə sistemi ilk dəfə İzmirdə Egey dənizindən Türkiyə sərhədini pozanlara qarşı istifadə olunmaqla sınaqdan keçirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm