Azərbaycan antipirat reydlərdən müvəqqəti imtina etdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycan antipirat reydlərdən müvəqqəti imtina etdi

Azərbaycanda sahibkarlıq subyektlərinin yoxlanılmasının dayandırılması şirkət və müəssisələrdə saxta proqram məhsullarından istifadə faktlarının aşkarlanması üzrə yoxlamalara da şamil ediləcək.

Bunu Trendə Müəllif Hüquqları Agentliyindən deyiblər.

Milli Məclis daha əvvəl 2015-ci ilin noyabrın 1-dən sahibkarların yoxlanılmasının 2 il müddətinə dayandırılması haqqında qanun qəbul etmişdi.

Agentlikdən bildiriblər ki, "Microsoft" ilə əməkdaşlığın istiqamətlərindən biri ali təhsil müəssisələrində, banklarda və digər strukturlarda istifadə edilən proqram təminatının leqallaşdırılması məsələsində Müəllif Hüquqları Agentliyinə kömək etməkdir: "Məlum olduğu kimi hazırda bütün yoxlamalar dayandırılıb, lakin bununla yanaşı mövcud imkanlarımız çərçivəsində bazarda vəziyyəti izləməyə çalışırıq".

Qeyd edək ki, daha əvvəl verilən məlumata görə, Azərbaycanda antipirat reydləri 2016-cı ildə başlamalı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm