İspaniyada gözlənilən istefa
Bizi izləyin

İdman

İspaniyada gözlənilən istefa

İspaniya La Liqasının 13-cü turunda səfərdə "Sevilya"ya məğlub olan (0:1) "Valensiya"nın baş məşqçisi Nuno Eşpirito Santo tutduğu postdan istefa verib.

Publika.az xəbər verir ki, İspaniyanın "Marka" qəzetinin yaydığı məlumata görə, 41 yaşlı mütəxəssis istefa ərizəsini klub rəhbərliyinə bazar günü səhər təqdim edib. "Sevilya"ya məğlubiyyətdən sonra isə mətbuat konfransında bu qərarını jurnalistlərə çatdırıb.

Hazırda hesabında 19 xal olan "Valensiya" 9-cu pillədə qərarlaşıb.

Portuqaliyalı mütəxəssis 2014-cü ilin yayından “Yarasalar”ı çalışdırırdı. Onun rəhbərliyi altında “Valensiya” ötən mövsümü 4-cü pillədə başa vurmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm