123 uşağın arzusu gerçəkləşdi
Bizi izləyin

Qırmızı.az

123 uşağın arzusu gerçəkləşdi

ASAN Könüllülərinin “ASAN Məktub” layihəsi çərçivəsində www.asanmektub.az saytında yerləşdirilən və sosial cəhətdən həssas qruplara aid uşaqların arzu, istəklərini əks etdirən 128 məktubdan 123-ü qısa müddət ərzində öhdəliyə götürülüb.

Bu barədə Publika.az-a “ASAN”ın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, layihədə “ASAN Qasid” kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 24 hədiyyə artıq sosial qayğıya ehtiyacı olan uşaqlara çatıdırılıb və 24 vətəndaşa hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkillər e-poçt və digər əlaqə vasitələri ilə göndərilib.

Öhdəçiliyə alınan 45 məktubun hədiyyələrinin isə həftə ərzində öz sahiblərinə çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, hədiyyələr öhdəçi vətəndaşlardan onlara uyğun zamanda və uyğun məkanda təhvil alınaraq sahiblərinə çatdırılır.

“Uşaqlara ASAN sevgi” şüarı ilə həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi heç bir maddi qazanc güdmədən 14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini həyata keçirməkdir. Siz də www.asanmektub.az səhifəsindən cavabınızı gözləyən məktubu öhdənizə götürməklə uşaqların sevincinə sevinc qata bilərlərsiniz.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm